Dırnaqları və ətrafını dişlərlə qoparıb çeynəmək və qırmaq tibdə Onixofagiya adlanır.
Dırnaqlarını yeyənlərdə çox vaxt stress, nevroz, təşviş pozuntusu olur.
Dünyada hər 3 nəfərdən birində bu zərərli vərdiş var və onlar bunu qeyri-ixtiyari edir.
Orqanik.az bakupost.az-a istinadən xəbər verir ki, dırnaqları və ətraf dərisini dişlərlə qoparmaq psixi davranış pozuntusudur.
Bu vərdiş orqanizmə infeksiya qapısı açır və dermatoloji baxımdan çox təhlükəliidr.
Həkim dermatoloq Nataliya Şepleva bildirib ki, dırnaq ətrafında sıyrıntı, yara, dəri defekti bakterial və göbələk infeksiyaları qapısı rolunu oynayır.
Zədələnmiş yerdən istənilən bakteriya orqanizmə keçir.
Eləcə də həmin nahiyədə dəriyə sabun, yuyucu kimyəvi vasitələr daha çox təsir edir və bu vasitələrdə olan kimyəvi toksiki maddələr də dırnaq dibindən daxil olub qana keçir.
Orqanik.az