DİQQƏT! Bu xəstəliklər psixologiyaya təsir edir

Nyu-York Universitetinin mütəxəssisləri diabet, diş itkisi ilə insan psixologiyası arasında əlaqə tapıblar. 

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, vaxtında diş müalicəsi, eləcə də şəkər xəstəliyinə nəzarət psixi funksiyanın pisləşməsini və Alzheimer xəstəliyi riskini azaltmağa kömək edir.

Alimlər 75 yaşdan yuxarı 12 qocanın məlumatlarını yaşa görə təhlilini aparıblar. Onlara diş itkisi, şəkərli diabet və digər tibbi amillərlə bağlı suallar verilib. Bütün dişlərini itirmiş insanlar xüsusi maraq doğurub. Məlum olub ki, 65-84 yaş arası şəkərli diabet və tam diş itkisi olan xəstələrin psixoloji vəziyyətləri heç bir xəstəliyi olmayan iştirakçılara nisbətən daha pisdir. 

Məlumdur ki, diabet idrak qabiliyyətinin azalması və demansiya üçün risk faktorudur. Bunun səbəbi yüksək qan şəkəri, insulin müqaviməti, iltihab və əlaqəli ürək xəstəlikləri beyində dəyişikliklərə kömək edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.