Diliniz dərdinizdən danışır…

Mütəxəssislər dilin vəziyyətinin – onun rənginin və formasının bir çox xəstəliyin diaqnozunun qoyulmasında yardımçı olduğunu bildirir.
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən nüfuzlu həkimlər dilə baxaraq gələcəkdə baş verə biləcək xəstəlikləri öncədən təxmin etməyin mümkün olduğunu vurğulayır.

Siz də aynanın qarşısına keçib öz dilinizə baxaraq, orqanizminizin vəziyyətindən xəbərdar ola bilərsiniz.

Dilinizin altındakı damarlar həddən artıq gözə çarpırsa, deməli, şəkər və duzdan həddən artıq istifadə edirsiniz.
 
Dilinizin üstü tünd qırmızı rəngdədirsə, demək, acıdan və ədviyyatlardan uzaq durmalısınız.
 
Dil həddən artıq quru və solğundursa, bu, orqanizminizi su ilə təmin etmədiyinizi göstərir.
 
Dilin rənginin tünd olması bədəndə iltihablaşmanın getdiyinə işarə edir. Ancaq dilin üstü sarı rəngli təbəqə ilə örtülübsə, vəziyyətin daha təhlükəli olduğunu anlamalı və dərhal həkimə müraciət etməlisiniz.
 
Diliniz çox islaqdırsa, bu, sizin çox yediyinizi, bədəninizdə ödəm olduğunu büruzə verir.
 
Dil daxili orqanların “güzgü”südür. Odur ki, orqanların vəziyyətini anlamaq üçün dilə baxmaq kifayətdir. Dilin forması düz olmalıdır, əgər dilinizin kənarlarında diş izi varsa, bu gələcəkdə qaraciyər və öd kisəsi ilə bağlı problemlər yaşayacağınızı göstərir.
 
Dilin rənginin solğun çəhrayı olması isə qan çatışmazlığının ilkin əlamətidir. Belə halda, qan artıran qidalar yeməli, kofeindən uzaq durmalısınız.
 
Dilin ucunda hiss edilən dəyişikliklər isə ürək və ağciyər problemlərindən xəbər verə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.