ABŞ-ın Yale Tibb Məktəbinin (YSM) də mütəxəssisləri daxil olmaqla beynəlxalq alimlər qrupu ultrasəsdən istifadə edərək II tip diabetin qeyri-invaziv müalicə üsulunun axtarışı istiqamətində inqilabi addım atıblar.
Orqanik.az Trend-ə istinadən bildirir ki, aparılmış tədqiqatların nəticələri Nature Biomedical Engineering jurnalında dərc edilib.
Daimi qan testləri, insulin inyeksiyaları və dərman müalicəsi ilə diabetin idarə olunmasına son qoymağa yönəlmiş araşdırma 6 il davam edib.
Ultrasəsin qanda qlükoza səviyyəsinə təsiri preklinik sınaqlarda müsbət nəticələr göstərmişdir.
Orqanik.az