Dekorativ kosmetikadan istifadə qaydaları

Dekorativ kosmetik vasitələr üzdəki qüsurları gizlətmək üçündür. Lakin ondan lazım olan qədər istifadə etmək lazımdır. Bəzi qadınlar dekorativ kosmetikanın zərərlərini bildikləri üçün ondan istifadə etmir. Amma qadınların bəziləri dəblə ayaqlaşmağı üstün tutaraq dekorativ kosmetikadan bolluca istifadə edir, dərilərinə dəyən zərərin miqdarından xəbərləri belə olmur.
Dekorativ kosmetikadan istifadəyə qrim deyilir. Qrim 2 cür olur:
1. Gecə qrimi.
2. Gündüz qrimi.
Gündüz qrimi bir qədər açıq, nəzəri cəlb etməyən, gecə qrimi isə bir qədər tünd olur və tez nəzərə çarpır. Gecə qrimindən adətən  toya, nişana, ictimai yerlərə gedən zaman istifadə edilir.
Qrim sifətin dərisinə, gözlərin və saçların rənginə uyğun olaraq çəkilməlidir.
Məsələn, qara rəngli dərisi olan qadınlar ağardıcı kremlərdən istifadə edə bilməz.
Dekorativ kosmetikaların tərkibində müxtəlif hormonlar və zərərli kimyəvi maddələr ola bilir. Buna görə də onlardan istifadə etdikdən sonra tez təmizləyib silmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.