Damarlarınızın zəif olduğunu göstərən SİMPTOMLAR

Kardioloq İrina Vasilyeva insanda damarların zəif olmasına işarə edən simptomları açıqlayıb.

Orqanik.az xəbər verir ki, mütəxəssisin fikrincə, əllərdə və ya ayaqlarda uyuşma və qaşınma, soyuq dəri, ayağın, topuq və ya baldırın tez-tez şişməsi bu problemin varlığını göstərə bilər.

“Yaddaş, diqqət, konsentrasiya ilə bağlı problemlər, aşağı ətraflarda ağrılar, varikoz damarlarda və ya hətta ayaqların dərisində xoralar varsa, sağlamlığınıza ciddi diqqət yetirməlisiniz”, – ekspert bildirib. 

Kardioloq qeyd edib ki, qan dövranının pozulmasının müxtəlif səbəbləri var. Bunlardan ən çox rast gəlinənləri ateroskleroz, tromboz, şəkərli diabet, artıq çəkidir. Damar divarlarını zədələyən, infarkt və insult riskini artıran əsas səbəblərdən biri isə siqaretdir. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.