Damarlarımızın əsas düşmənləri. Onlar bizi gizlicə öldürür!

İnsan yaşlaşdıqca damarların sağlamlığı pozulur – damarlar elastikliyini itirir, daha kövrək olur, partlamaya meyilli olur, damarların daxilində xolesterin yığılır ki, nəticədə damarlar daralır və bəzən hətta tam qapanır.

Bu dəyişiklikləri mümkün qədər ləngitmək üçün damarların sağlamlığına zərbə vuran amilləri bilmək və onları həyatından mümkün qədər kənarlaşdırmaq lazımdır.

Bu amillər hansılardır?

1. Trans yağlar (marqarin və s.). Orqanik.az bildirir ki, məhz bu yağlar damarların əsas düşmənlərindəndir. Təbii kərə və bitki yağları əksinə damarların sağlamlığını qoruyur, xüsusilə bu zeytun yağına aiddir.

2. Şirniyyatlar, şəkər, şirin içkilər. Şəkər damarların daxili divarını iltihablaşdırır ki, belə iltihablaşmış damarda xolesterin daha sürətlə yığılır.

3. Tərkibində fosfatlar olan məhsullar – kolbasa, sosis və s.

4. Siqaret çəkmək. Bu damarların sıxılmasına, qan dövranının pozulmasına, damarlarda trombların əmələ gəlməsinə səbəb olur.

5. Yüksək təzyiq. Yüksək və nəzarət olunmayan təzyiq damarları zədələyin, onların partlaması riskini artırır.

6. Şəkərli diabet. Yuxarıda dediyimiz kimi, şəkər damarları iltihablaşdırır. Diabet zamanı qanda şəkərin səviyyəsi yüksək olduqdan damarlar tez qocalır.

7. Aşağı fiziki aktvlik. Fiziki aktivlik zamanı qan dövranı yaxşılaşır, damarlar genişlənir, damarlarda trombların əmələ gəlməsi riski azalır. Passiv insanın bədənində isə əksinə troblaşma riski yüksək olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.