Bu faydalı dəmləmənin reseptini tanınmış Latviyalı həkim-fitoterapevt, müalicəvi bitkilər mövzusunda bir neçə kitabın müəllifi Artur Tereşko təklif edib.
Orqanik.az xarici KİV-lərə istinadla sizə bu dəmləmənin reseptini təqdim edir.
Bu dəmləmə çox güclü müalicəvi və profilaktik təsirə malikdir:
– damarları xolesterindən təmizləyir
– infarkt və insultun riskini azaldır
– qanda şəkərin səviyyəsini aşağı salır
– böyrəkləri qumdan və duzlardan təmizləyir
– iltihabları azaldır
– bağırsaqlarda ziyanlı mikrobları öldürür
– xroniki yorğunluğu yox edir
– insana güc və gümrahlıq verir
Resept:
İnqrediyentlər:
– 4 limon
– 2 x.q. rəndələnmiş təzə zəncəfil
– 2 baş sarımsaq
– 2 l su
Hazırlanması:
1. Limonları yaxşı yuyun, doğrayın, şəyirdəkləri çıxardın. Zəncəfil kökünün soyun, sürtgəcdən keçirin, sarımsağı təmizləyin, hamısını birlikdə blenderdən keçirin.
2. Kütləni 2 l qaynar suyun içinə tökün, zəif odda 5 dəqiqə qaynadın, 8 saat saxlayın, sonra süzün.
Dəmləməni hər gün 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl için. Müalicə kursu – 2 ay.
Orqanik.az