Damarları təmizləyən məhlul

Çox yağlı yeməklər damarlarınızın tıxanmasına səbəb olur. Damarların bu hala gəlməsi ürək damar xəstəlikləri, infarktı və müxtəlif xəstəlikləri də özü ilə gətirir. Damarların daha sağlam ola bilməsi üçün damar sağlamlığı baxımından faydalı olan yeməkləri istehlak edə bilərsiniz.

Damar yaşınızı cavanlaşdıracaq, damar təmizləyən məhlullar reseptini hələ sınamadınızsa, aşağıdakı reseptə baxa bilərsiniz.

Vəsaitlər

– 250 ml zəncəfil suyu
– 250 ml sarımsaq püresi
– 250 ml limon suyu
– 250 ml alma sirkəsi
– 5 xörək qaşığı bal

Baldan başqa hamısını qarışdırın və orta istilikdə 30 dəqiqə bişirin. Məhlulu davamlı qarışdırın. Daha sonra bir kənara qoyub soyumasını gözləyin.

Qarışığa bal əlavə edin, qarışdırın və qarışığı təmiz bir şüşəyə tökün. Bu məhlulu soyuducuda 1 ya 2 ay ərzində saxlaya bilərsiniz.

Bu məhlulu ac qarınına hər səhər 1 xörək qaşığı için.

Faydalar

Sarımsaq və bal, qan təzyiqini və xolesterol səviyyəsini azaldır, zəncəfil ürək xəstəliklərini önləyir, limon ürək döyüntülərini nizamlayır, alma sirkəsi bədəndən toksinləri təmizləyir.

Bu üsul alternativ tibb üsuludur. Tərkibində olanlara qarşı bir allergiyanız olub olmadığını öyrənmək üçün bir mütəxəssisə müraciət etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.