Damarlarda trombun olduğunu göstərən ƏLAMƏT

Damar içində tromb ciddi təhlükə yarada bilər.

Bunu bilib, vaxtında tədbirlər görmək lazımdır.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, həkim kardioloq Oleq Varfolomeyev bu qan pıxtalarının sonradan ölüm təhlükəsi saçan tromba çevrildiyini bildirib.

“Ayaqlarda dərin vena trombozunu müntəzəm yoxlatmaq lazımdır. Müəyyən amillər var ki, trombozu artırır. Artıq çəki, siqaret, qadınlarda hamiləlik əleyhinə dərmanlar, hamiləlik özü, 60 yaşdan yuxarı yaş, şəkər xəstəliyi, əməliyyatlar, hərəkətsiz qalmaq və s.

Bəs ayaqlarda tromb olduğunu necə bilmək olar: istənilən ağrı, ayağı bir hissəsində nəbzvari vurğu kimi hiss, bir ayağın şişkinliyi, qıcolmalar, dəridə ağarma, göyərmə, şişkinlik. Əgər bu əlamətlər varsa, dərin doppler olunmalıdır.

Bu əlamətlər başqa xəstəliklərdə də olur, amma həyati təhlükə trombda olur. Ona görə birinci o yoxlanmalıdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.