Daha keyfiyyətli, daha ucuz, daha etibarlı: xaricdə müalicənin Bakıda unikal təklifi

– Şirkətiniz, A-Medical pasiyentlər üçün hansı fürsətləri yaradır?

“A-Medical” şirkəti olaraq axtardığı müalicəni öz ölkəsində tapa bilməyən və ya baha qiymətə tapan pasiyentlərin həmin müalicələri daha müansib qiymətə xaricdə əldə etməyə kömək edirik. Uzun illərdir ki, bu sahədə fəaliyyət göstərdiyimiz üçün dünyanın bir çox ölkəsindəki klinikalar ilə yaxın əlaqələrimiz var. Pasiyent hərhansı bir medikal ehtiyac ilə bizə yaxınlaşdığı zaman biz asanlıqla həmin müalicəni ən yaxşı şəkildə təqdim edən klinika ilə əlaqəyə keçib pasiyentin müalicəsini təmin edə bilirik.

Təbii ki, xidmətlərimiz sadəcə bununla bitmir. Biz peşekar bir medikal turizm şirkətiyik. Yəni, pasiyentin xaricdə müalicəsinin bütün proseslərini özümüz öhdəliyimizə götürürük və asanlaşdırırıq. Burada səfər planlaşdırmasından klinikalarla əlaqələrin qurulmasına, pasiyentin xaricdə müalicəsinin yaxından izlənməsindən qonaqlama dəstəyinə, hətta viza dəstəyinə qədər uzanan böyük bir xidmət skalasından söhbət gedir.

Xidmətlərimiz pasiyentin heç vaxt itirmədən xaricdə müalicəsini təşkil etməyə və pasiyentə əlavə yük çıxarmamağa fokuslanıb. Bu o deməkdir ki, pasiyentin tibbi turizm prosesində nəyə ehtiyac varsa biz edirik, pasiyent isə sadəcə öz müalicəsini düşünməyə və sağlamlığını geri qazanmağa fokuslanır.

– Şirkətinizi digər şirkətlərdən ayıran xüsusi tərəflər nələrdir?

Azərbaycanda tibbi turizm fəaliyyəti göstərən şirkət sayısı bir əlin barmaqlarını keçmir. Ən köklü şirkət isə A-Medical şirkətidir. Öz səviyyəmizdəki qlobal şirkətlərə baxdıqda isə yenə ən uzun keçmişə sahib şirkətin A-Medical olduğu görülür.

Yəni, əsas xüsusiyyətimiz çox uzun keçmişə və təcrübəyə sahib olmağımızdır.

Bununla belə, A-Medical bir çox şirkətdə olmayan bir xidməti göstərir ki, o da pasiyentin yaxından izlənilməsidir. Bir çox tibbi turizm şirkəti sadəcə müalicə planlaşdırmasını və pasiyentin gediş-qayıdış proseslərini asanlaşdırır. Biz isə, bütün proseslərdə pasiyenti izləyir və kömək edirik.

Bir çox halda pasiyent xaricdə müalicə zamanı gözlənmədik hallarla qarşılaşır. Elə olur ki, dərman vasitələri lazım olur və ya pasiyentə tərcüməçi ehtiyacı yaranır. Bu zaman biz həm dərman vasitələrinin endirimli qiymətlərlə alınmasını, həm də tərcüməçi dəstəyini təmin edirik.

Pasiyentlər üçün bütün proseslərdə təcrübəli bir şirkətin yanlarında olması önəm kəsb edir. Bu həm onlara güvən verir, həm də işlərini asanlaşdırır. Əsas öncəliyimiz pasiyentlərin düzgün müalicə olunmasını təmin etmək olduğu üçün, prosesin başından sonuna qədər pasiyentlərimizin yanında oluruq.

İkinci əsas xüsusiyyətimiz isə, etibarlılığımızdır.

Bugünə qədər bir çox yerli və qlobal şirkətin pasiyentlərin işini çətinləşdirdiyini, onlara əziyyət verdiyini və hətta onları aldatdığını görmüşəm. Çox vaxt bu, ödəniş zamanı olur. Şirkətlər pasiyentlərdən ödəniş məbləğini alır və bir daha ortada görünmürlər. Nəticədə isə pasiyent məyus vəziyyətə düşür.

Biz isə, pasiyentdən ödənişin məbləğini almırıq. Pasiyent müalicə olunacağı ölkəni və klinikanı öncədən bilir, həmin ölkəyə və klinikaya gedir və ödənişi birbaşa klinikanın özünə edir. Klinikadan aldığı çeki isə bizə təqdim edir və biz qəti surətdə pasiyentdən əlavə ödəniş almırıq. Bu isə etibarlılığımızı təsis etməklə yanaşı, pasiyentlərimizin bizə güvənməsindəki əsas səbəblərdən biridir.

– “A-Medical” xətti ilə Türkiyədə uğurlu müalicə alan pasiyent hekayələrindən hansını bölüşə bilərsiniz, hansılar yadda qalıb?

– Bu yaxında bizə ailə müraciət etmişdi. Uşaqda neyroblastoma diaqnozu idi. Uşağın sənədlərini təcili Acıbademdə professor Gülyüz Öztürkə göndərdik. Şükür ki,  Şəfa uğurla ilik nəqli oldu  və yaxın zamanda  Azərbayacana geri dönəcək.

Digər pasiyent qəzadan sonra boydan aşağı hərəkət qabiliyyətini itirmişdi. Müalicəsinə uyğun klnika və həkim tapmaq mənim öhdəmən düşmüşdü. Pasiyentə İstanbuldan kənarda İzmit şəhərindəki reabilitasiya klnikasına göndərdim, çox şükür pasiyentin hərəkət etməsində çox müsbət irəliləyişlər əldə olunub.

Daha bir 20 yaşlarında pasiyent təcili qaraciyər nəqli olmalı idi. Ailənin Türkiyədə klinika, həkim tapmağa, randevu almağa nə zamanları var idi, nə də məlumatları.Qısa müddətə həkimə pasiyentin ilkin analizlərini göndərib həm rəy aldıq, həm də ən qısa zamana randevu. Nəticədə uğurla əməliyyatı başa çatdı.

– Hansı ölkələr üzrə fəaliyyət göstərirsiniz?

Türkiyə, İsrail, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Rusiya, İtaliya, İspaniya, Avstriya, BƏƏ, Hindistan əsas fəaliyyət destinasiyalarımızdır. Bu ölkələrdə pasiyentlərin müalicələrini təmin edə bilirik.

– Dünyada ən çox axtarılan tibbi müalicələr hansılardır?

Bu gün dünyada ən çox axtarılan müalicələr arasında sümük iliyi köçürülməsi, saç əkimi, diş müalicəsi, bariatrik cərrahiyyə və ya arıqlama əməliyyatı, plastik cərrahiyyə, IVF (süni mayalanama) müalicəsi, tibbi check-uplar və orqan transplantasiyaları hazırda ən çox axtarılan tibbi müalicələr arasındadır.

– Türkiyədə müalicə almaq istəyən Azərbaycan vətəndaşlarına hansı fürsətləri yaradırsınız?

Əvvəla onu deyim ki, pasiyentlərin bizə müraciət etməsindəki əsas səbəb, müalicələrini daha ucuz qiymətə təmin etməkdir. Biz Türkiyədəki klinikalarla əməkdaşlıq etdiyimiz üçün, bizim vasitəçiliyimizlə qeydiyyatdan keçən pasiyentlər axtardıqları müalicələri korporativ qiymətlərlə əldə edə bilirlər. Klinikalara birbaşa müraciət edən pasiyentlər isə təəssüf ki, bu fürsətdən faydalana bilmir. Bugün biz əminliklə deyə bilərik ki, Türkiyənin ən bəyənilən və inkişaf etmiş xəstəxanası olan Acıbadem Xəstəxanasında pasiyentlər sümük iliyi nəqli başda olmaqla bütün əməliyyatları ən uyğun qiymətə bizdə tapa bilirlər.

Digər bir səbəb isə, biz pasiyentlərə ehtiyaclarına uyğun klinikaları tapmaqda dəstək oluruq. Hər müalicə hər klinikada edilmir. Türkiyədə bir klinika diş müalicəsi üzrə ixtisaslaşıbsa, ora plastik əməliyyat axtaran pasiyenti göndərmək düzgün deyil. Biz pasiyentin, onun ehtiyacını ən yaxşı formada qarşılayan klinikada müalicə almağını təmin edirik.

Bunlardan başqa səfər planlaşdırması, əlavə endirimlər, xəstəxanaya transfer, tərcüməçi dəstəyi, viza dəstəyi, dərmanların endirimli qiymətə alınması, tibbi analizlərin endirimli qiymətə əldə olunması və s. xidmətlərimiz də pasiyentlərimizin bizi seçməsindəki əsas səbəblər arasındadır.

– Daha öncə xaricdə müalicə almayan pasiyentlərə nələri tövsiyyə edərdiniz?

Tək və ən vacib tövsiyyəm odur ki, əgər ilk dəfə xaricdə müalicə alacaq olanlar varsa, mütləq professional dəstək alsınlar. Xaricdə müalicə prosesini qısa zamanda həll etmək olar, lakin pasiyent bütün prosesi tək başına idarə edirsə, bu proses 2-3 ilə qədər uzanır. Bu zaman pasiyent həm vaxt, həm pul, həm də sağlamlığını itirir.

Xaricdə müalicə təcrübəsi olmayanlar üçün çətin prosesdir. Klinikalarla əlaqəyə keçmək, randevu almaq, səfəri planlaşdırmaq, ölkəyə çatan vaxt harada qalacağını tapmaq; bütün bunlar planlaşdırma tələb edir.

Odur ki, müalicə məqsədilə xaricə ilk dəfə gedənlər ya professional bir tibbi turizm şirkətindən xidmət alsınlar, ya da ən azından konsultasiya alsınlar. Biz A-Medical olaraq pasiyentlərə konsultasiya xidməti də göstəririk.

– Azərbaycanda tibbi turizmin gələcəyini harada görürsünüz? 5 il sonra üçün Azərbaycanda tibbi turizmə tələbat artacaq?

Bilirsiniz, ölkəmizin həm tibb, həm də turizm baxımından böyük potensialı var. Biz A-Medical şirkəti olaraq xaricdəki vətəndaşların Azərbaycanda müalicəsini təmin etmişik və insanlar burada müalicə almaqdan razı qalıblar.

Lakin Azərbaycan vətəndaşları üçün tibbi turizm hələ ki, yeni bir məfhumdur. Baxmayaraq ki, biz 7 ildir ki, bu sahədə fəaliyyət göstəririk, hələ də tibbi turizmlə ilk dəfədir bizim şirkət vasitəsilə tanış olanları görürük.

Azərbaycandakı potensialı dəyərləndirmək üçün bu sahədə yeni əməkdaşlıqlara, sağlam rəqabətə və marağa ehtiyac var. İnsanlara xaricdə müalicə almağın çətin olmadığını, əksinə, ucuz və rahat olduğunu anlatmaq lazımdır.

Artıq son illərdə ölkədə tibbi turizmlə bağlı ən böyük addımları A-Medical olaraq biz atmışıq. İnanıram ki, önümüzdəki 5 il boyunca çox çalışıb bu sahəni Azərbaycanda tanıtmağa davam edəcəyik.

– Son olaraq, xaricdə müalicə axtaranlara və bu yazını oxuyanlara mesajınız nədir?

Xaricdə müalicə axtaran pasiyentlərə onu demək istəyirəm ki, əgər müalicənizi xaricdə həyata keçirmək istəyirsinizsə, o zaman çəkinmədən A-Medical şirkətinə müraciət edə bilərsiniz. Biz sizə axtardığınız müalicəni ucuz, rahat və keyfiyyətli şəkildə təmin etmək üçün zənginizi gözləyirik.

Son olaraq, bu yazını oxuyan hər kəsə demək istəyirəm ki, tibbi ehtiyaclar fərqli ola bilər. Bizim məqsədimiz, hər kəsə hər zaman bir alternativ olduğunu, və hər xəstəliyin bir müalicəsi olduğunu çatdırmaqdır. Bunun üçün həm beynəlxalq sığorta şirkətlərilə, həm də xeyriyyə təşkilatları ilə əməkdaşlıq edirik. Hər zaman olduğu kimi, yeni əməkdaşlıqlara da hazırıq.

Qeyd: Xaricdə müalicə barədə sizi maraqlandıran sualları A-Medical şirkətinə aşağıdakı əlaqə vasitələri ilə ünvanlaya bilərsiniz:

Rəsmi veb-saytı: amedical.az

Telefon nömrəsi: +994 10 310 93 33

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.