Daha həcmli və uzun kirpiklərin sirri

Bütün xanımlar daha həcmli və uzun kirpiklərə sahib olmaq istəyir. Lakin gündəlik makiyaj onların tökülməsinə səbəb ola bilər.

Orqanik.az Axşam.az-a istinadən ev şəraitində kirpikləri uzatmağa yardım edəcək maskaları təqdim edir. 

Tərkibi:

Gənəgərçək yağı- 1 xörək qaşığı
Kokos yağı – 1 çay qaşığı
Vitamin E yağı – ½ çay qaşığı

Göz makiyajını tam təmizlədikdən sonra qarışımı kirpiklərinizə çəkin. Bu üsuldan bir ay ərzində istifadə edərək nəticəni əldə edə bilərsiniz. Bu qarışımı qaşlarınızda da tətbiq edə bilərsiniz.

Tərkibi:

Kokos yağı – 2 xörək qaşığı
Lavanda efir yağı – 1 və ya 2 damcı

Makiyajı tam sildikdən sonra tuş vasitəsilə qarışımı kirpiklərinizə çəkin. 4-5 həftə ərzində daha uzun kirpiklərə sahib ola biləcəksiniz.

Tərkibi:

Aloe vera geli – 3 çay qaşığı
Gənəgərçək yağı – 1 çay qaşığı
Vitamin E yağı – ½ çay qaşığı 

Bu qarışımdan 6 həftə ərzində istifadə kirpiklərinizi daha həcmli və uzun edəcəkdir.

Bir neçə həftə zeytun yağı və ya vazelindən istifadə də kirpiklərinizi daha həcmli edə bilər.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.