Dəri üçün faydalı məhsullar açıqlandı

Pəhriz dərinin vəziyyətinə birbaşa təsir göstərə bilər.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, buna görə də faydalı və sağlam qidaları seçmək vacibdir.

Bəs görəsən, hansı məhsul dərini daha təravətli və parlaq etməyə kömək edir?

Elmi araşdırmaların nəticələrinə görə, dərinin gözəl görünməsi üçün yağlı balıq, avokado, qoz, tünd şokolad, yaşıl çay və brokoli kimi məhsulların mütəmadi qəbulu mühüm əhəmiyyət kəsb edir.

Bu qidalar dərini lazımi vitaminlərlə təmin etməklə yanaşı, onu günəş işığının mənfi təsirlərindən və xərçəng də daxil olmaqla, çoxsaylı xəstəliklərdən qoruyur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.