Dəmi 1-2 saatdan sonra içmək olmaz

Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərərlidir.

Nutrisoloq İrina Mansurova köhnə dəmi içmək vərdişinin təhlükəli olduğunu bildirib.

“Köhnə dəmdə patogenlər və göbələklər yaranır. Çayın düzgün içilmə sxemi – təzə dəmləyib, 10 dəqiqədən sonra içmək və ən çoxu 1-2 saat saxlamaqdır. Bir sutka qalan çayda heç bir faydalı təsir qalmır.

Yaşıl və ağ çay 80 dərəcə qaynar su, qara çay 95 dərəcə suda dəmlənir. 1-2 saatdan sonra artıq qalan dəm atılmalı, yenisi dəmlənməlidir”./Bakupost

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.