Cüzam

Cüzam dərinin, selikli qişaların, periferik sinirlərin, daxili orqanların zədələnməsi ilə xarakterizə olan uzun inkubasiya dövrlü və xroniki gedişli infeksion xəstəlikdir.
Xəstəliyin törədiciləri hüceyrədaxili, turşuya davamlı, qida mühitində çox ləng artan bakteriyadır.
Cüzamın mənbəyi xəstə insan olsa da xəstəliyə yoluxmaq üçün uzunmüddətli , təkrar təmas lazımdır. Xəstəliyə əsasən uşaqlar və kişilər xəstələnirlər.
Mikrob dəridə, selikli qişalarda, limfa düyünlərində xarakter dəyişikliklər əmələ gətirir. Dərinin zədələnmələri üzdə – burunda, yanaqlarda, qaşlarda yerləşir. Həmçinin qulaq seyvanları, biləklər, diz və dirsək oynaqlaqrı, sarğılar da zədələnir. Dərin infiltirasiya dəridə,  xüsusilə alnda qırışlar əmələ gətirir. Burunun selikli qişası xoralaşır, burun çəpəri dağılır, periferik sinirlər iltihablaşır, qalınlaşır, ağrıyır. Bu da əzələlərin atrofiyasını verməklə aşağı və yuxarı ətrafları deformasiyaya uğradır. Xəstəlik get-gedə ağırlaşır, qara ciyərə, dalağa, sümük iliyinə yaylır.
KLİNİKASI: Cüzamın törədicisi insanın qanında 6 aydan on illə qədər gizli şəkildə yaşaya bilir. Xəstəlik qızdırma, zəiflik, iştahsızlıq, yuxululuq əlamətləri ilə başlayır. Xəstəlik çox ağır və yoluxucu olur. Xəstənin dərisində piqment ləkələr olur və bu ləkələr müxtəlif ölçülərə malik olur, ləkələrin qeyri dəqəq sərhədləri olur. Xəstəlik müddətində ləkələr böyüyür, qalınlaşır, dəridən hündürə qalxır. Sonra qaşüstü qövslər önə çıxır, burun formasını dəyişir, yanaqlar, dodaqlar, çənə paycıqlanır. Xəstə cüzam üçün xarakter olan görkəm – “şir sifəti” alır. Zədələnən dəri dartılır, hamarlaşır, qaşın tükü tökülür, çoxlu piy ifrazı dərini parlaq və nəm edir.
DİAQNOZU: Xəstəliyin diaqnozu yara yerindən götürülən materialların mikroskopiyası və seroloji reyaksiyasına əsasən qoyulur.
MÜALİCƏSİ: Müalicə etioprop dərmanlarla aparılır. Müalicə 1 ay fasilə verməklə 6 ay davam etdirilir. Müalicənin nəticələri bakterioskopiya və histoloji müayinələrlə müəyyən edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.