Çoxdöllü hamiləlik

Çoxdöllü hamilə qadınlar bütün doğan qadınların 1,5%-i təşkil edir. Çoxdöllü hamiləlikdə ölüm halları digər doğuşlardan 3-4 dəfə artıq olur.
Hamiləlik zamanı qadında 2 və daha artıq döl ayırd edilərsə, çoxdöllü hamiləlik adlanır. Çoxdöllü hamiləlikdən dünyaya gələn uşaqlar əkiz uşaqlar adlanır. Hər 70-80 doğulan uşaqdan birində əkiz, 6000-7000 doğuşdan birində isə 3 uşaq doğulur. Çoxdöllü hamiləliyin səbəbləri bir sıra faktorlardan asılıdır:
* ər və arvadın ailələrində yaxud nəslində əkizlərin olması
* qadının yaşı 18 az və ya 30-dan yuxarıdırsa
* hamiləliyə qədər aybaşı tsiklinin pozulması
* hormonal müalicə
* ovulyasiyanın stimulyasiyası
* hormonal kontraseptivlərin qəbulu.
Çoxdöllü hamiləlik eyni vaxtda yetişmiş 2 yumurtahüceyrənin mayalanması və ya döllənmiş bir yumurtahüceyrədən iki dölün inkişaf etməsi nəticəsində baş verir. Eyni yumurta əkizləri bir yumurtahüceyrədən əmələ gəlir və ya bir spermatozoidlə mayalanır. Bu zaman hər iki dölün ciftində qan damarları arasında anastamozlar olur. Tək yumurta əkizləri adətən eyni cinsdən olur.
Müxtəlif yumurta əkizləri mütəlif ciftə, su və xorion qişasına malik olur.
Çoxdöllü hamiləlikdə hamilə qadının orqanizmində adi hamiləliyə nisbətən daha yüksək dəyişikliklər gedir. Əksər hallarda ürək-damar sistemi, tənffüs sistemi, qaraciyər, böyrəklər və digər orqan və sistemlərdə bir sıra pozğunluqlar baş verir.
Çoxdöllü hamiləlikdə toksiplazmoz və nefropatiya təkdöllü hamilələrdəki kimi müxtəlif əlamətlərlə özünü göstərir. Bu zaman ürəkbulanma, qusma, qəbizlik, ödem, ağız suyunun axması baş verə bilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.