Çox maye qəbulu COVID-19-dan sağalmağa kömək edir

Yeni növ koronavirusa (COVID-19) yoluxduqda bəzi içkilər orqanizmin sağalmasına kömək edir. Lakin bir sıra içkilər var ki, onlardan müvəqqəti olaraq imtina etmək məsləhət görülür.

Orqanik.az xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova bu barədə deyib: “COVID və onun əleyhinə qəbul edilən dərmanlar orqanizmdə həm sərbəst radikalların əmələ gəlməsinə müəyyən qədər zərərli təsir göstərir. Ancaq maye qəbulu sərbəst radikalların orqanizmdən çıxmasına və COVID-19-un tez sağalmasına kömək edir. COVID-19 infeksiyasından qorunmaq üçün maye qəbulunu artırmaqla xəstəliyə yoluxma riskini nisbətən azaltmaq mümkündür” .

Həkim-endokrinoloqun dediyinə görə, evdə hazırlanan içkilər və yaşıl çay əsasında hazırlanan dəmləmələrin də tez sağalmağa kömək etdiyini bildirib. Lakin xəstəliklə mübarizədə bədənin təmizləmə funksiyasıni yerinə yetirən əsas maye sudur: “Maye qəbul edilməsi deyəndə təkcə suyun qəbulu nəzərdə tutulmur. Sudan başqa gün ərzində tünd içkilər, qəhvə, çaylar, müxtəlif qazlı içkilər və kompotlar da içilir. Koronaviruslu xəstələrin ya adi sudan, ya da müxtəlif bitki dəmləmələrindən istifadə etməsi məsləhət görülür. Aparılan araşdırmalara görə, tünd içkilər – qəhvə və çay xəstəlik zamanı mənfi təsir göstərir”.

Orqanizmdəki suyun bir hissəsini itirmək öz mənfi təsirini dərhal göstərir. Belə hallarda insan su içmədikdə vəziyyəti daha da pisləşə bilər. Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından maye olaraq qəbul edilən suyun əhəmiyyəti çox böyükdür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.