Çox fikir eləmək sağlamlığa zərərdir

Alimlər çox fikir çəkməyin beyinə təsirini araşdırıb.

Orqanik.az bakupost.az-a istinadla xəbər verir ki, Pitye-Salpetrier universitetinin tibb alimləri tədqiqat aparıb.

Onlar sübut edib ki, intensiv koqnnitiv iş, yəni uzun saatlar düşünmək, zehni iş prefrontal kökdə toksiki qalıqların toplanmasına səbəb olur.

Bu da insanın əhvalını, davranışını dəyişir. Onlarda koqnitiv yorğunluq baş qaldırır, diqqət yayqınlığı olur.

“Təsiredici nəzəriyyə güman edir ki, yorğunluq beyin tərəfindən yaranmış illüziyadır, yorğunluq insanı məcbur edir ki, daha xoş təsir edən hərəkət, fəaliyyətə keçilsin.

MRT və beynin kimyəvi prosrslərinin monitorinqi göstərdi ki, ağır zehni iş görənlərin beynində qlütomatın səviyyəsi çox yüksək olub. Bu da koqnitiv nəzarəti daha da çətinləşdirir.

Yüngül koqnitiv tapşırıq edənlərdə isə beyin yorğunluğu daha az olub.

Gələcəkdə beynin prefrontal sahəsinin qlütomata belə təsirinin səbəbi araşdırılmalıdır.

Uzun müddət nəyisə düşünmək, zehni iş görmək, layihə üzərində işləmək xroniki stress və təşvişi artırır, bu da orqanizmə zərərlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.