Çox çay içənlərə xəbərdarlıq: Müəyyən xəstəliklər yaradır

İnsanların böyük əksəriyyəti yeməkdən əvvəl ya da sonra mütləq çay içməyə üstünlük verir. Çayın şəkərli və ya şəkərsiz istehlak edilməsinin zərərli yaxud da faydalı tərəfləri ola bilər.

Araşdırmalara əsasən, həddən artıq çay içmək insan orqanizminə zərərlidir. Müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Gün ərzində 4-5 fincan yeni dəmlənən çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur.

Şəkərlə birlikdə qəbul edilən çay dişlərin quruluşunun pozulmasına və infeksiyaların orada asanlıqla yerləşməsinə səbəb olur.

Hətta, həddən artıq çay içməyin anemiyaya da səbəb olduğu haqda fikirlər də var. Yeməkdən əvvəl və ya sonra, çay istehlak etsək bu orqanizimdə dəmir çatışmazlığı yarada bilər.

Çay yaxşı antioksidandır. Normal qaydada qəbul edilən zaman ürək-damar xəstəliklərinin azalmasında effektiv vasitədir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.