COVID-19 ürəyə belə təsir edir

Koronavirus infeksiyasına yoluxma zamanı ürək-damar xəstəliklərindən ölüm halları ilə bağlı məlumatlar hətta eyni ölkə daxilində də dəyişir.

Orqanik.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil kardioloqu Sergey Boytsov “Radio Rusiya”nın efirində deyib. 

Onun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində COVID-19 fonunda ürək xəstəliklərindən ölüm hallarının artımı 10-12% təşkil edir.

Mütəxəssis onu da qeyd edib ki, ürək-damar xəstəliklərinin fəsadları, o cümlədən ölüm halları təkcə koronavirusla deyil, həm də əksər infeksiyalarla bağlıdır. Həkim əlavə edib ki, qrip epidemiyası zamanı miokard infarktından ölüm 30 faizə qədər yüksəlir.

“Əsasən ya ürək çatışmazlığı, ya da aritmiyalar nəticəsində qəfil ölüm mexanizmi ilə əlaqəli olan koronar ürək xəstəliyinin digər formalarından ölüm təxminən 10 faizdir” – S.Boytsov qeyd edib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.