COVID-19 sonuncu pandemiya olmayacaq

“COVID-19 sonuncu pandemiya olmayacaq, yeni xəstəliyin ehtimalı və itkilərin miqyası insanların hazırkı pandemiyanın dərslərini necə öyrənməsindən asılıdır”.

Orqanik.az “Report”a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“COVID-19-un sonuncu pandemiya olmayacağına tamamilə əminik. Amma bunun baş vermə ehtimalı və hansı itkilərə səbəb ola biləcəyi bizdən asılıdır. Biz bu pandemiyanın dərslərini öyrənməliyik”, – o deyib.

Qebreyesusun sözlərinə görə, yerli vaksin istehsalının artırılmasına ehtiyac var.

“Bundan əlavə, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün ictimai səhiyyəyə, xüsusən də ilkin səhiyyə xidmətinə sərmayə qoyuluşuna ehtiyac var”, – ÜST rəhbəri qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.