COVID-19-dan sonra yaranan əsas problemlər

Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatrı Georgi Kostyuk koronavirusdan sonra xəstələrin ən çox nədən şikayətləndikləri barədə danışıb.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xəstələrin əksəriyyəti iş qabiliyyətinin azalması, yaddaşın pisləşməsi və düşüncə aydınlığının pozulmasından şikayət edir. Bu vəziyyət artıq “COVİD dumanı” adını alıb.

“Koronavirus infeksiyasına qalib gəlindiyi hallarda belə, sağlamlığın tam bərpası çətin başa gəlir və bəzi hallarda sağaldıqdan sonra da nəticələr narahat edir”, – deyə psixiatr qeyd edib.

Bu təsirlərin konkret davametmə müddəti ilə bağlı məlumat verməyən Kostyuk qeyd edib ki, bu əlamətlər ağır pnevmoniya və ya digər virus xəstəliklərindən sonra sağalan insanlarda olduğundan daha uzun müddət davam edə bilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.