Çində koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

Çinin paytaxtı Pekində ötən aydan tətbiq edilən sərt karantin rejimi ləğv edilir.

Orqanik.az APA-ya istinadən xəbər verir ki, bazar ertəsindən etibarən bütün fəaliyyət sahələrində iş adi rejimdə bərpa ediləcək. Təhsil müəssisələrində isə dərslər iyunun 13-də başlayacaq. Restoranlara gedənlərdən koronavirus testi tələb olunacaq.

Qeyd edək ki, Pekində sutkalıq yoluxma sayı 2000 nəfərə çatdığı üçün səert karantin tətbiq edilmişdi. Son statistika isə cəmi 19 yoluxma olduğunu göstərir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.