Çində koronavirusa yoluxanların sayı artıb

Çində koronavirusa yoluxanların sayının qəfil artması səbəbindən ölkə üzrə krematoriyalar tam dolub.

Orqanik.az Trend-ə istinadən bildirir ki, paytaxt Pekin və Şanxayda yerləşən krematoriyalarda 24 saat ərzində COVID-19-dan dünyasını dəyişənlərin cəsədləri yandırılır.

İşçilərin sözlərinə görə, koronavirusdan dünyasını dəyişənlərin sayı artdığından krematoriyaların işində çətinlik yaranıb.

Lunxuada yerləşən krematoriyaların birinin işçiləri bildirib ki, ora gündəlik olaraq 500-dən çox cəsəd gətirilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.