Çinin paytaxtı Pekində ötən aydan tətbiq edilən sərt karantin rejimi ləğv edilir.
Orqanik.az APA-ya istinadən xəbər verir ki, bazar ertəsindən etibarən bütün fəaliyyət sahələrində iş adi rejimdə bərpa ediləcək. Təhsil müəssisələrində isə dərslər iyunun 13-də başlayacaq. Restoranlara gedənlərdən koronavirus testi tələb olunacaq.
Qeyd edək ki, Pekində sutkalıq yoluxma sayı 2000 nəfərə çatdığı üçün səert karantin tətbiq edilmişdi. Son statistika isə cəmi 19 yoluxma olduğunu göstərir.
Orqanik.az