Yay fəslində günəş şüalarının, eyni zamanda ətraf mühitin təsiri ilə dərimiz daha tez quruyur və nəmliyini itirir.
Orqanik.az Axşam.az-a istinadən nəmləndirici maskanı təqdim edir.
3 yemək qaşığı kərəviz sapının suyu, 3 yemək qaşığı düyü suyu, 3 yemək qaşığı qaymaq, 1 çay qaşığı zeytun yağı və 2-3 yemək qaşığı buğda ununu blender vasitəsiylə qarışdırın. Maskanı axşamlar üzünüzə vurub, 45-50 dəqiqə gözləyin. Daha sonra isə ilıq suyla dərinizi təmizləyin.
Qeyd edək ki, məhlulu 1 ay soyuducuda saxlaya bilərsiniz.
Orqanik.az