İtburnu C vitamini yarışında limon, naringi və portağalı keçərək birinciliyi əldə edir. Tərkibində limondan 60 qat çox C vitamini var. Güclü bir antioksidan olan itburnunun faydaları da araşdırmalarla sübut edilmişdir.
İtburnunun çiçəkləri tibbi dərman olaraq istifadə edilsə də, meyvəsindən isə xüsusilə immunitet sisteminin güclənməsi üçün bitki çayları, marmelad və cem hazırlanmasında istifadə edilir. Düzgün dəmlədikdə və qədərində istifadə etdikdə itburnu çox faydalıdır. Evdar.az itburnunun bilmədiyiniz faydalarını təqdim edir.
- C vitaminiylə zəngin, polifenollar və antioksidanlar sayəsində immunitet sistemini gücləndirən itburnu zəngin vitamin və minerallara malikdir. Likopen və A, B, E, K vitaminlərinin yanında maqnezium, dəmir kimi qiymətli minerallarla bədən müqavimətini artırır, sinir sistemində, hüceyrə yenilənməsində faydalıdır.
- İtburnu qəbizlik şikayəti olanlar üçün təbii bir şəfa mənbəyidir. Bir çox xəstəliyə fayda verən itburnunun tərkibindəki pektin laktasif təsirə sahibdir. Yəni bağırsaqların çox işləməsi üçün ishal kimi bir təsir yaradır. Beləliklə, müntəzəm olaraq istifadə edildikdə qəbizliyi aradan qaldırır və həzmi asanlaşdırır. Bağırsaq parazitlərini azaldır.
- Qandakı pis xolesterolun salınması və yaxşı xolesterol səviyyəsinin yüksəlməsində faydalı olan itburnu bu sayədə ürək-damar xəstəliklərinə qarşı qoruyur. İtburnunu çay kimi dəmləyib istifadə etməkdən əlavə şəkərsiz marmeladını da hazırlaya bilərsiniz.
- İtburnu sağlam hüceyrələri xərçəngli hüceyrələrə çevirərək zərər verə bilən sərbəst radikallara qarşı güclü bir qoruyucudur. Tərkibindəki güclü antioksidanlarla xərçəng hüceyrələrinin böyüməsinin və inkişafının qarşısını alır.
- Tərkibindəki K vitamininə görə itburnu qanın laxtalanmasına köməkçi olur. Buna görə tromboz və tromboflebit kimi problemləri olan xəstələr ehtiyyatla istifadə etməlidir.
- İtburnu püresində olan əhəmiyyətli bir karotenoid olan likopen yalnız kataraktanın deyil, eyni zamanda digər göz xəstəliklərinin də başlanğıcı və irəliləməsində qoruyucu təsir göstərir.
- A vitaminiylə zəngin itburnu dərinin elastikliyini qoruyur və qocalmasını gecikdirir. Kolagen səviyyəsini də artırır. Yara izləri və sızanaqları aradan qaldırır.
- Son illərdə aparılan tədqiqatlar, itburnunun iltihab əleyhinə xüsusiyyətlərə sahib olduğunu göstərir. Dizdəki kirəçlənmə, oynaqlarda qığırdaq toxumasının quruluşunun pozulması, qığırdaqın və osteoartritə bağlı ağrıların azalmasına təsir edir. Bundan əlavə bir çox insan üçün ümumi bir problem olan dizdə mayenin itkisinə də yaxşı təsir etdiyi sübut olunub.
İtburnu Çayının Hazırlanma və İstifadə Qaydası:
5-6 ədəd itburnunu həvəngdəstədə yüngül əzərək çatladın. Daha sonra bir stəkan (200 ml) qaynar suda 10 dəqiqə dəmləyin. Dəmlədikdə qapağını bağlı saxlayin ki, tərkibindəki suya keçən C vitamini, yəni askorbik turşu yox olmasın. Nə qədər uzun müddət qaynatsanız tərkibindəki C vitamini o qədər azalır. Bunun üçün dəmlənmə müddətini uzatmayın. Yeməkdən 30 dəqiqə sonra içə bilərsiniz. İtburnunun zəngin vitamin və minerallarından tam mənasıyla faydalana bilmək üçün çayı hazırladıqdan sonra 5 dəqiqə ərzində istifadə edin.
Soyuma ərəfəsində C vitamini miqdarı sürətlə azaldığından, marmelad və bəkməzdə C vitaminin miqdarı itburnu çayıyla müqayisədə azalır. Marmeladını mütləq şəkərsiz edin. Bütöv, xırdalanmış və ya toz halına salınmış itburnunu saxladıqda mütləq işıqdan qoruyun və şüşə qabda saxlayın.