Bunu Oxuduqdan Sonra Soğan Qabıqlarını Atmayacaqsınız!

Soğan süfrənizə qoyduğunuz yeməklərin ayrılmaz bir hissəsidir. Bəs bu günə qədər zibilə atdığınız soğan qabıqlarının faydalarından xəbəriniz varmı? Evdar.az-ın təqdim etdiyi araşdırmanı oxuduqdan sonra soğan qabığını atmayacaqsınız.

Dəri sağlamlığı üçün mükəmməldir

Araşdırmalar, soğanın qəhvəyi rəngli xarici
qabığının antioksidant, lif və flavanoid baxımından zəngin olduğunu göstərir. Soğanın xarici qabığı bu xüsusiyyətləriylə dəri sağlamlığının unikal
bir mənbəyidir.

Damar tıxanıqlığı və yüksək təzyiq probleminiz varsa…

Soğan qabığının tərkibindəki kversetin
sayəsində
damar tıxanıqlığı
və yüksək təzyiqi
azaldıcı təsirə sahibdir. Bunlardan əlavə, soğan
qabığı xərçəng
əleyhinə, antibakterial və göbələk əleyhinə komponentlər baxımından da olduqca zəngindir.

Qidalanmanızda soğan qabığına yer vermək aşağıdakı xəstəliklərə
tutulma riskini azaldır:

  • Ürək və damar xəstəlikləri (kardiovaskulyar xəstəliklər)
  • Kolon (qalın bağırsaq) xərçəngi
  • Aşırı köklük
  • 2-ci tip şəkərli diabet
  • Həzm sistemi problemləri

Soğan qabıqları yeməklərdə necə istifadə edilir?

Soğan qabığını birbaşa yemək çox iştahaçan olmadığı
üçün şorbalarınızda və ya yeməklərinizdə istifadə etmək yaxşıdır. Yuduğunuz soğan
qabıqlarını kiçik parçalar halında atıb yeyərək və ya böyük parçalar halında atıb daha sonra
içindən çıxardaraq istifadə edə bilərsiniz.

Qida dəyəri yüksək liflər xərçənglə mübarizə
aparır

Soğan qabığının tərkibindəki yüksək liflər möhkəmləndirici qida olaraq əvəzolunmazdır. Bu liflər, bağırsaqlarda yığılan toksinin atılmasına köməkçi olaraq, bədənin pH  tarazlığını tənzimləməyə kömək edir. Toksinlərdən təmizlənmiş bağırsaqlarda şiş hüceyrələrinin əmələ gəlməsini  və inkişafının qarşısını alır. Ancaq hamilə qadınların və süd verən anaların soğan qabığını istifadə etməsi tövsiyyə edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.