Bağırsaq şişinin ilkin mərhələsi poliplərlə başlayır. Poliplər bağırsağın xoşxassəli törəməsidir, lakin sonradan bədxassəliyə çevrilə bilər.
Orqanik.az bağırsaq xərçənginin yaranma səbəblərini təqdim edir:
– Genetik irsi amillər. Nənə-baba, valideynlərdə bağırsaq polip və şişləri varsa, uşaqlarda yaranma riski 50%-dən çoxdur
– Bağırsaqlarda illərlə davam edən kolit, Kron xəstəliyi, iltihabi proseslər
Bağırsaq onkologiyasının əlamətləri:
– Qarında yayılmış ağrılar
– İştahanın kəsilməsi
– Ət yeməkdən imtina
– Diareya və qəbizliyin uzun müddət davam etməsi
– Nəcisdə və anusda qan izləri
– Nəcisin qara rəng alması
– Hərarətin səbəbsiz yüksək olması
– Qanazlığı
– Bədəndə halsızlıq, başgicəllənmə
Doğrudur, bu əlamətlər digər mədə-bağırsaq xəstəliklərində də çox aktualdır. Ona görə bağırsaq şişlərinə ilkin mərhələdə diaqnoz qoymaq çətinlik yaradır.
Müayinə:
– Qastroenteroloq, cərrah palpasiya ilə qarını yoxlayır
– Duz bağırsaq yoxlanılır
– Kolonoskopiya – bütün bağırsaq sistemini yoxlamağa imkan verir
– Bağırsaq rentgeni
– KT vasitəsilə şişin yeri və figər orqanlara metastazını aydınlaşdırmaq olur
– Nəcis analizi
Orqanik.az