Son illər aparılan araşdırmalar göstərir ki, D vitamininin sümüklərin sağlamlığından immunitetin güclənməsinə qədər bir çox faydası var. Əksinə, həmin vitaminin çatışmazlığı isə diabet, depressiya, astma, ürək-damar sistemi və digər ciddi xəstəliklərə səbəb olur. Orqanizmdə həmin vitaminin norma daxilində olması vacibdir. Günəşdən faydalanmaq da D vitaminin formalaşmasında çox mühüm əhəmiyyət daşıyır. Vitaminli qidalar nə qədər qəbul edilsə də, gündəlik ehtiyacın maksimum 20 faizini ödəyə bilir. Qalan ehtiyatı isə günəş vannası qəbul etməklə əldə etmək mümkündür.
Vitamin tərkibli qidalara diqqət yetirmək çox əhəmiyyətlidir. Məsələn, qızıl balıq, siyənək, tom kimi yağlı balıqlar vitamin mənbəyidir. Bununla yanaşı bir çox meyvə-tərəvəzlərin tərkibində olan vitaminlərdən də istifadə etmək olar.
Orqanik.az bildirir ki, həkim-terapevti Solmaz Musayeva deyib: “Düzgün yuxu D vitaminindən daha çox faydalanmağa kömək edir. Araşdırmalar nəticəsində məlum olub ki, gündə 1 saatdan az yatanlarda D vitamini çatışmazlığı yaranır. Artıq çəkisi olanlar D vitamini çatışmazlığı təhlükəsi ilə üz-üzədir. Onlar günəş işığı alsalar da, dəridə D vitamini istehsalı azalır, çünki yağ hüceyrələrində yığılıb qalan vitaminin təsiri olmur. Vitaminlərin hansı mövsümdə qəbul edilməsi də çox əhəmiyyətlidir. Bəzi dərmanlar D vitamininin miqdarını azalda bilər. Xüsusilə epilepsiya, göbələk infeksiyası dərmanları istifadə edənlər D vitamininin səviyyəsini daim nəzarətdə saxlamalıdırlar”.
Mütəxəssislər qış-yaz mövsümündə iki-üç həftə vitamin kompleksinin qəbulunu məsləhət görürlər. Əgər həmin komplekslərin tərkibində yüksək miqdarda yağda həll olunan vitaminlər varsa, həmin kursun müddətini üç həftəyə qədər məhdudlaşdırmaq məsləhətdir.
Orqanik.az