Bu şəxslərin “omikron”a yoluxma riski yüksəkdir

Dünyanın qabaqcıl tibb jurnallarından “The New England Journal of Medicine”də dərc edilən araşdırmada bildirilib ki, COVID-19-a yoluxanlarda yaranan immun reaksiyanın “omikron” variantına qarşı effektiv qoruyuculuğu yoxdur. 

Orqanik.az xəbər verir ki, bu insanların “omikron” variantına yoluxma riskinin güclü olduğu deyilir. 

Qətərdə COVID-19 xəstələri üzərində aparılan araşdırmada məlum olub ki, bu insanların immuniteti “omikron” variantına qarşı 56% qoruyuculuq təmin edir. 

Digər tərəfdən, COVID-19 keçirən insanların “alfa” variantına qarşı qoruyuculuğunun 90,2%, “beta” variantına qarşı 85,7%, “delta” variantına qarşı isə 92% olduğu qeyd edilib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.