Bu qidaları bir yerdə yeməyin

Sağlam həyat tərzi

Gün ərzində sağlam qidalara üstünlük verilməlidir. Ancaq sağlamlıq baxımından hər bir qidanın öz vaxtı var. 

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, eyni anda bir-birindən fərqli qidaları yemək sağlamlığımıza ciddi zərər vura bilər.

1. Süd və meyvə şirəsi

Gün ərzində süd və meyvə şirəsi kimi içkilərdən istifadə edə bilərik. Amma süd və meyvə şirəsini bir yerdə içmək sağlamlığınıza mənfi təsir göstərə bilər. Bu içkilər mədə yanması və şişkinlik kimi narahatlığa səbəb ola bilər.

2. Yemək və su

Bir çox insanın yemək zamanı su içmək vərdişi var. Yemək yeyərkən lazım olduğundan daha çox su içməyi vərdiş etdikdə tüpürcək ifrazı sürəti azalır. Yeməyin həzmini çətinləşdirən bu vərdiş təbii ki, sağlamlığa mənfi təsir göstərə və çəki problemlərinə səbəb ola bilər. Ancaq mütəxəssislər onu da bildirirlər ki, yemək zamanı lazım olandan artıq su içmədikcə, səhhətimizdə heç bir problem olmayacaq.

3. Qatıq və meyvə

Evdə hazırladığınız meyvə-qatıq qarışıqları nə qədər sağlam görünsə də, zərərli ola bilər. Meyvə və ya qatıq tək istehlak edildikdə çox faydalıdır. Ancaq bu iki qida birləşdirildikdə, mədədə bir sıra problemlər yarana bilər. 

4. Zeytun yağı və badam

Badam yüksək qida dəyəri ilə sağlamlıq üçün çox faydalldır. Eyni şəkildə, zeytun yağı bir çox sağlamlıq probleminə yaxşı təsir edən əhəmiyyətli bir müalicə mənbəyi kimi tanınır. Bu iki qida qaynağı fərqli qidalarla və ya tək başına istehlak edildikdə faydalı olsa da, birlikdə istehlak edildikdə mədədə həzmi çətinləşdirir.

5. Toyuq və süd

Eyni qida dəyərinə malik qidaları birlikdə istehlak etmək də pis nəticələrə səbəb ola bilər. Toyuq və süd də elə buna daxildir. Birlikdə istehlak edildikdə bədəndə zülal və kalsiumun artması mədə problemlərinə səbəb ola bilər. Bundan əlavə, südün tərkibindəki laktik turşu problem yarada bilər. Süd içdikdən qısa müddət sonra toyuq əti istehlak etsəniz, süddə olan bu turşuya görə mədə yanması hiss edə bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.