Bu qidalar sümükləri əridir

Sümüklər bədənimizdəki ən güclü toxumadır.

Orqanik.az bildirir ki, bəzi məhsullar insan bədənindəki sümüklərin əriməsinə gətirib çıxarır.

Duz. Kalsium sümüyün əsas hissəsini təşkil edir. Kalsiumun 99% -i sümüklərdə və dişlərdə olur. Duzdan ibarət olan natrium kalsiumu qandan kənarlaşdırır və nəticədə kalsium böyrəklərdən sidiklə xaric olur. Qanda natriumum səviyyəsi yüksək olanda isə sümüklər parçalanmağa başlayır.

Bunun üçün yarımfabrikatlardan – dondurulmuş yeməklər, konservləşdirilmiş şorbalar, pizza və “fast food”dan imtina etmək lazımdır. Az duz yemək də əsas faktorlardan biridir. Onda kalsium sidiklə bədəndən xaric olmaz, yəni sümüklər möhkəm olacaq.

Alkoqol. Spirtli içki kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Alkoqol, sümük əmələ gətirən hüceyrələri (osteoblastlar – Red) sıradan çıxarır və bu səbəbdən sümük hüceyrələri məhv olur. Bütün bunlar tez-tez sınıqlara səbəb olur. Odur ki, spirtli içkidən imtina ən effektiv müalicədir.

Trans yağlar. Trans yağlar və ya hidrogenləşdirilmiş yağlar marqarində olur. Marqarin un məmulatlarının hazırlanmasında daha çox istifadə olunur. Trans yağlar isə souslarda, salatlarda və konservlərdə olur. Trans yağlar sümüklərimizi güclü edən “K” vitamininin sintezini bloklayır. Nəticədə sümüklər kövrək olur.

Bunun qarşısını almaq üçün məhsulun tərkibini diqqətlə oxuyun. Kaliumla zəngin göyərti, tərəvəz və meyvələrdən çox yeyin. Kalium kalsium itkisini dayandırır və qan turşuluğunu azaldır. Turşuluq nə qədər yüksəkdirsə, sümüklərdən o qədər az kalsium ayrılır. 30 yaşdan sonra osteoporoz riski artdıqda sümük sağlamlığınıza nəzarət etməyi unutmayın. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.