Bu qan qrupunda TROMBOZ riski daha yüksəkdir

Son zamanlar koronavirus infeksiyası ilə bağlı tomboz mövzusunun aktuallığı artıb. Lakin tromboz tək koronavirusun ağırlaşması deyil.

Müxtəlif digər xəstəlik və pozulmalar da damarlarda trombların əmələ gəlməsinin riskini artırır.

Həmçinin alimlər aşkar ediblər ki, qan qrupları da tromblaşma prosesinə təsir edir. Orqanik.az bildirir ki, Arteriosclerosis, Thrombosis and Vascular Biology jurnalında bu mövzuda məqalə dərc olunub.

Araşdırma zamanı alimlər müxtəlif qan qrupları olan 400 000 insanı müayinə ediblər. Məlum olub ki, trombozun riski 3-cü qan qrupuna aid olan insanlarda digər qan qrupları ilə müqayisədə daha yüksəkdir.

2-ci qan qrupu olan insanlarda da bu risk kifayət qədər yüksəkdir, lakin 3-cü qrupdan aşağıdır.

Ən aşağı risk isə 1-ci qan qrupuna aid olan insanlardadır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.