Bu qan qrupu olanlar koronavirusu daha yüngül keçirirlər

Koronavirus yeni virus deyil. Lakin pandemiyaya qədər bu virus özünü yalnız yüngül soyuqdəymə simptomları ilə büruzə verirdi.

Koronavirus bir çox digər respirator viruslar kimi mutasiyalara uğrayır (dəyişilir). Növbəti belə mutasiyanın nəticəsində onun yeni təhlükəli ştamı (növü) – COVID-19 əmələ gəlib. Məhz bu səbəbdən koronavirusu bəzən “yeni” adlandırırlar.

Mütəxəssislər COVID-19-u təzə-təzə öyrənirlər və hər dəfə bu virusun yeni xüsusiyyətlərini aşkar edirlər.

Belə ki, son məlumatlara görə, II-ci qan qrupu olan insanlar koronavirusa daha tez-tez yoluxur və onu daha ağır keşirirlər. Orqanik.az bildirir ki, bu haqda The New England Journal of Medicine nəşri xəbər verir.

Əksinə isə 1-ci qan qrupu olanlar daha tez-tez koronavirusun simptomsuz daşıyıcıları olur və ya virusu yüngül formada keçirirlər.

Bu nəticələrə Almaniya, ABŞ, İran və Çin mütəxəssisləri gəliblər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.