İnsult və infarkt bütün dünyada ölümün əsas səbəblərindəndir.
Elmi araşdırmalar göstərir ki, qadınlarda kişilərlə müqayisədə insultun riski daha yüksəkdir. Həmçinin qadınlar arasında insult nətcəsində ölüm hallarına da kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.
ABŞ alimləri qadınlar arasında insultun daha çox yayılmasının səbəbini araşdırdıqdan sonra belə nəticəyə gəliblər ki, qadınlarda bəzi spesifik ələmətlərin olması onlarda yüksək insult riskinə işrarə edir.
Orqanik.az xarici mətbuata istinadla sizə bu əlamətləri təqdim edir:
– menstruasiyaların 10 yaşa qədər başlaması
– 45 yaşa qədər menopauza
– dihidroepiandrosteron hormonunun (böyrəküstü vəzinin hormonu) səviyyəsinin aşağı olması
– hamiləlik əleyhinə həblərin qəbulu (xüsusilə uzun müddət ərzində)
– hestasion diabet (bəzi qadınlarda hamiləliyin sonuna yaxın inkişaf edən və doğuşdan sonra keçən şəkərli diabet)
– hamiləlik zamanı və ya doğuşdan dərhal sonra inkişaf edən hipertoniya
– preeklampsiya (hamillik zamanı bəzi qadınlarda inkişaf edən və təzyiqin artması və ödemlərlə müşayiət olunan patoloji hal).
Alimlər xəbərdarlıq edir ki, bu risk faktorları olan qadınlar daim təzyiqinə nəzarət etməli və sağlam həyat tərzi prinsiplərinə riayət etməlidir. Bu onlarda insultun riskini azaltmağa yardım edəcək.
Orqanik.az