Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bu barədə nazirliyin məlumatında deyilir.
“Səhiyyə Nazirliyi Çilidə meymunçiçəyinin ağırlaşması nəticəsində ilk ölüm hadisəsi barədə məlumat verir. Bu, sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir”, – məlumatda deyilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, onun xroniki xəstəlikləri olub, immuniteti zəifləyib.
Bu günə qədər Çilidə meymunçiçəyinə 1 200-dən çox yoluxma müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlərə başlanılıb.
Orqanik.az