Bu işlə məşğul olmaq Alzeymer riskini azaldır

Araşdırma 40-69 yaşlı iştirakçılar arasında aparılıb.

Xüsusilə yaşlı insanların ən çox qorxduğu Alzeymer xəstəliyi ilə bağlı Çində aparılan bir araşdırma, bağçılıq fəaliyyətinin xəstəlik riskini azaltdığını sübut edib.

AzNews.az xarici mediaya istinadən bildirir ki, Çinin Siçuan Universiteti və Böyük Britaniyanın “Biobank” şirkəti hazırda sağalmaz xəstəliklər sırasında olan Alzeymerlə bağlı birgə araşdırma aparıb.

Araşdırmalar nəticəsində bağçılıq fəaliyyəti ilə məşğul olanlar üçün Alzeymer xəstəliyinə tutulma riskinin xeyli aşağı olduğu müşahidə edilib.

Böyük Britaniyada yarım milyondan çox insana 11 il ərzində fiziki fəaliyyətləri haqqında sual verilib və nəticə təhlil edilib.

Çəmənləri suvarmaq, biçmək, qazmaq və alaq otlarından təmizləmək kimi bağçılıq işləri ilə müntəzəm məşğul olanlarda belə işlərlə daha az məşğul olanlara nisbətən demans ehtimalı 21 faiz az olub.

Müntəzəm olaraq üzgüçülüklə məşğul olan, velosiped sürən və ya əylənmək üçün gəzinti edənlərin demensiyaya tutulma ehtimalı 35 faiz aşağıdır.

Qeyd edək ki, araşdırma 40-69 yaşlı iştirakçılar arasında aparılıb.

“Neurology” jurnalında dərc edilən tədqiqtda yaş və spirtli içki qəbulu kimi faktorlar da nəzərə alınıb.

Alzeymer xəstəliyi üzərində işləyən Dr.Sara Imarisio bu barədə deyib: “Çalışmaq, sizi fiziki və sosial cəhətdən aktiv saxlayan bir iş tapmaq, fəaliyyətinizdən daha çox, sağlamlığınıza fayda verəcək”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.