Bu insanlarda XƏRÇƏNGin inkişafı riski daha azdır

Xərçəngin inkişafında insanın tək fiziki sağlamlığı deyil, emosional sağlamlığı da böyük rol oynayır. Bu haqda həkim-onkoloq, cərrah, tibb elmləri namizədi İvan Karasyov məlumat verib.

Orqanik.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, həyata optimizmlə baxan, pozitiv, ünsiyyətcil insanlarda onkoloji xəstəliklərin inkişafı riski daha azdır. Əksinə isə pessimist, aqressiv, həyatdan narazı, neqativ emosiyalara köklənmiş insanlar daha tez-tez və daha ağır xəstələnir və onlarda xərçəngin riski də daha yüksəkdir.

Həkim qeyd edib ki, xərçəng hüceyrələrinin orqanizmdə əmələ gəlməsinin dəqiq səbəbi hələ ki məlum deyil. Lakin xroniki xəstəliklər, xroniki stress, genetik faktorlar və düzgün olmayan qidalanma xərçəngin inkişafı üçün əlverişli mühit yaradır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.