Bu iki məhsulun gündəlik istifadəsi xərçəng riskini azaldır – FOTO

Süd məhsulu olan içkilər (qatıq, ayran, kefir, ryajenka) və duza qoyulmuş kələm xərçəng riskini azaldır.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, qidalanmada kifayət qədər miqdarda fermentləşdirilmiş südlü içkilər və fermentləşdirilmiş tərəvəzlər yoğun bağırsaq xərçəngi ehtimalını azaldır. Mütəxəssis vurğulayıb ki, sözügedən məhsulların onkoloji xəstəliyin inkişafına qarşı profilaktik təsiri elmi şəkildə sübut olunub.

“Bu, müdafiəni təmin edəcək, yaxud ən azı yoğun bağırsaq xərçəngi ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə həkim izah edib.

Qeyd edək ki, Qinzburq daha əvvəl sarıkökün istifadəsinin yoğun və düz bağırsaq xərçəngi, prostat xərçəngi və döş xərçənginin inkişafının da qarşısını aldığını bildirmişdi.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.