Bu içki orqanizminizi cavanlaşdıracaq

Amerikalı mütəxəssislər sübut ediblər ki, kofe əvəzinə zəncirotu dəmləməsi içmək orqanizm üçün çox faydalıdır. O insanı 5 il cavanlaşdırır.

Orqanik.az Axşam.az-a istinadən sözügedən dəmləmənin reseptini təqdim edir:

Zəncirotu kökünü yuyub, doğrayıb sobada və ya qazın üstündə qovurun. Sonra onu əzib, toz halına gətirin. Qarışıqdan 2 çay qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, 5 dəqiqə qaynadın. Sonra zövgə görə süd, qaymaq və şəkər əlavə edin. Həftədə bir dəfə bundan içmək məsləhətdir.

Bu qarışıqdan içmək insana gümrahlıq verir, həzmə kömək edir, mədə xəstəliklərini aradan qaldırır, qan dövranını yaxşılaşdırır, orqanizmi zəhərli maddələrdən təmizləyir.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.