Bu dərmanların tez-tez qəbulu komaya səbəb olur. Həkimlərdən ciddi xəbərdarlıq

Valokordin və Korvalol adətən ürəkdə narahatçılıq, ağrı hissi zamanı istifadə olunur. Bu dərmanlar əhali arasında çox populyardır və apteklərdə reseptsiz satılır.  

Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu 2 dərman heç də ziyansız deyil.

Orqanik.az Rusiya KİV-lərinə istinadən bildirir ki, nə valokordin, nə də korvalol ürək-damar sistemi xəstəliklərinin müalicə və profilaktikasında heç bir yardım etmir. Bu səbəbdən həkimlər ürəkdə hər hansı narahatçılıq, ağrı  olduqda bu dərmanlardan istifadə etməyi tövsiyə etmirlər ki, bu qiymətli vaxt itkisinə, xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.  

Valokordin və korvalol əsasən yuxusuzluqdan əziyyət çəkənlərə yardım edə bilər. Bunun əsas səbəbi preparatların tərkibində olan narkotik maddə fenobarbitaldır. Fenobarbital tez bir zamanda asılılıq  yaradır ki, insana “effekt almaq” üçün getdikcə daha böyük dozalar tələb olunur. Bu isə çox təhlükəlidir.

Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər.  

Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur.

Bütün bunları nəzərə alaraq mütəxəssislər bu preparatların özbaşına qəbulundan çəkinməyə çağırır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.