Fol turşusu (vitamin B9) suda həll olan vitaminlərdəndir. Alimlər və həkimlər bu vitaminin orqanizm üçün çox faydalı olduğunu söyləyirlər. B 9 vitamini bağırsaqlarda sintez olunur və orqanizm tərəfindən sorulur.
Fol turşusu qanda eritrositlərin, leykositlərin və trombositlərin sintezində fəal iştirak edir, RNT-də aminturşuların sisntezini, yeni hüceyrələrin əmələ gəlməsini, fermentlərin aktivliyini təmin edir.
B9 vitamini quru və təzə mayada, malın və toyuğun qara ciyərində, araxisdə, ispanaqda, kərəvizdə, nanədə, moruq yarpaqlarında olur.
Apteklərdə satılan fol turşusunun həbləri ən ucuz dərmanlardadır. Amma, onun orqanizmə faydasının misli bərabəri yoxdur. Bu vitamin orqanizmin bütün sistemlərinin funksiyasına müsbət təsir göstrir, heceyrələrin yenilənməsini sürətləndirir, xərçəng hüceyerələrinin əmələ gəlməsinin qarşısını alır.
Fol turşusu zehni yorğunluğu aradan qaldırır,mərkəzi sinir sisteminin fəaliyyəini artırır, qanaxma zamanı əmələ gələ bilən patologiyaların aradan qalxmasına səbəb olur. Bu vitamin orqanizmdə yaddaşla əlaqədar problemlərin, qanazlığının, stomatitin, vaxtından əvvəl saçların ağarmasının, miqrenin, insultun baş verməsinin qarşısını alır.
Orqanizmin B9 vitamininə olan ehtiyacı ödənmədikdə insanın sağlam həyat tərzinin səviyyəsi aşağı düşür. Mütəxəssislər idmanla məşğul olanların, spirtli içki içənlərin, siqaret çəkənlərin, plyajda qaralmağı sevənlərin, hamiləlik əleyhinə dərman qəbul edənlərin B9 vitamini qəbul etmələrini məsləhət bilir. Orta yaşlı insan gün ərzində 200-500 mq fol turşusu qəbul etməlidir. Normal miqdarda qəbul edilməyən fol turşusu isə fiiki və zehni zəifliyə, strrssə səbəb olur. Saçların zəifləməsi, tökülməsi, parlaqlığını itirməsi, dırnaqların qırılması da orqanizmdə fol turşusunun çatışmazlığı səbəbindən baş verir.
Bu portalda yerləşdirilmiş bütün məqa
Orqanik.az