Aloe bitkisindən (əzvay və ya “aloe vera” da adlandırırlar) müxtəlif xəstəliklər zamanı istifadə olunur.
Orqanik.az axşam.az-a istinadən bildirir ki, bu bitkinin əsasında müxtəlif dərman preparatları, yağlar, kremlər və s. vasitələr hazırlanır.
Bitkidən hazırlanan 2 maskanı təqdim edirik:
Saçlarınızı qorumaq və uzatmaq üçün:
Aloe yarpağını uzununa bölün və içindəki şirə ilə 1 yemək qaşığı badam yağını qarışdırın. Saçlarınızda 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Dərinizdəki ləkələrin qarşısını almaq üçün:
3 yemək qaşığı su və 5 yemək qaşığı spirtli içkini (araq) 100 qram aloe vera suyu ilə qarışdırın. Məhlulu üzünüzə və boynunuza vurub 10 dəqiqə saxladıqdan sonra ılıq su ilə yuyun. Daha sonra isə nəmləndirici kremdən istifadə edin.
Orqanik.az