Bu 2 xəstəliyi olanları gələcəkdə demensiya gözləyir

Ürək-damar xəstəlikləri, şəkərli diabet, insult və infarkt keçirənlərin ahıl yaşlarda demensiya – yəni yaddaş və əqli zəiflik riski 3 dəfə artır.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, Oksford universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsini açıqlayıb.
Tədqiqatda 200 min avropalının tibbi məlumatları incələnib. Onlar 60-80 yaş arası idi. İştirakçıları 3 qrupa bölüblər. Eləcə də onların içində diabeti, ürək xəstəliyi olanları ayrılıb. Məlum olub ki, anamnezində bu 3 xəstəlikdən biri və ya ikisi olanlarda 60 yaşdan sonra demensiya, Alsgeymer aşkarlanması çoxdur.

İnsult və ürək tutması keçirənlərdə qocalıq əqli geriliyi inkişaf mərhələsinə qədəm qoyur. Bunun səbəbini insult və infarkt olanlarda beyin qan dövranının pozulması, ciddi oksigen aclığı keçirməsi ilə izah edirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.