Bu 2 maddənin orqanizmdə əskikliyi ürək və damarları xəstə edir. Mənbələr

Kalium və maqnezium ürək-damar sisteminin normal fəaliyyətində böyük rol oynayır.

Bu 2 maddə

– ürək impulsunu yaxşılaşdırır

– qanı duruldur və bununla da damarlarda trombların əmələ gəlməsinin qarşısını alır

– qan damarlarının elastikliyini qoruyur

– damarlarda xolesterinin yığılmasını ləngidir

– ürək əzələsində gedən mübadilə proseslərini yaxşılaşdırır

– arterial təzyiqi və ürək ritmini tənzimləyir.

Orqanizmdə kalium və maqneziumun çatışmazlığı nəticəsində ürək əzələsi pis işləməyə başlayır, əzələnin qidalı maddələr və oksigenlə təmin edilməsi pozulur, ürəyin ritmində problemlər yaranır, təzyiq qalxmağa başlayır, ürək nahiyəsində ağrılar əmələ gəlir və s. Bütün bunlar ürək və damar xəstəliklərinin inkişafı riskini artırır.

Orqanik.az xəbər verir ki, orqanizm kalium və maqneziumu müxtəlif qida məhsullarından alır. Ürəyin normal fəaliyyəti üçün bu məhsullar daim insanın qidalanmasında olmalıdır.

Kaliumla zəngin olan məhsullar: ərik və ərik qurusu, lobya, noxud, üzüm, qara gavalı, xurma, badam, fındıq, qoz, araxis, kartof, banan.

Maqneziumla zəngin olan məhsullar: keşyu, badam, püstə, buğda kəpəyi, küncüt, sidr qozu, kakao, soya, yulaf, darı və qarabaşaq yarmaları.

Buna ehtiyac yarandıqda insana həkim tərəfindən tərkibində kalium və maqnezium preparatları (məsələn, Panangin) təyin edilə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.