Böyrəkləri bərpa edə biləcək MƏHSULLAR

Dünya əhalisinin təxminən 10%-i bəzi hallarda ölümcül olan xroniki böyrək xəstəliyindən əziyyət çəkir.

Həkimlər profilaktika üçün hansı qidaların qıda rasionuna daxil edilməli olduğu barədə danışıb. Belə ki, gül kələmi böyrək sağlamlığını dəstəkləyir, çünki tərkibində fol turşusu, lif və C vitamini var. Bu tərkib sidik sisteminə müsbət təsir göstərir.

Adi kələm də böyrəklərimiz üçün çox faydalıdır. Həmçinin cəfəri, şüyüd və bir çox digər göyərtilər də böyrəklər üçün faydalı sayılır.

Eyni zamanda böyrək xəstəliklərinin qarşısının alınması üçün istehlak edilən duz miqdarının azaldılması vacibdir. Duz sarımsaq və soğanla əvəz edilə bilər, çünki onların tərkibində, digər maddələrlə yanaşı iltihab əleyhinə qida və minerallar var.

Orqanik.az deyerler.org-a istinadən bildirir ki, tərəvəzlər arasında xiyar, turp və çuğundur xüsusilə faydalıdır.

Qırmızı bibər qanda toksinləri parçalayaraq böyrəklərdəki yükü aradan qaldırır.

Həkimlər meyvə və giləmeyvələrdən qaragiləni, quşüzümü, qarpızı, almanı seçməyi məsləhət görür. Yumurta ağı da faydalıdır.

Mütəxəssislər, pəhrizdə balıq istehlak edilməli və yağlar arasında zeytun yağını seçməyi məsləhət görür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.