İnsanların əksəriyyəti böyrək xəstəliklərindən əziyyət çəkir. Böyrək xəstəliklərinin yaranmasının əsas səbəbi isə düzgün qidalanmamaqdır. Qidalanma vərdişləri insanların sağlamlığına birbaşa təsir göstərir. Bu çərçivədə immunitet sistemini gücləndirmək və bədən orqanlarını qorumaq üçün istehlak edilən qidalara diqqət yetirmək lazımdır.
Orqanik.az lent.az- istinadən xəbər verir ki, mütəxəssislər yaşından və cinsindən asılı olmayaraq hər kəsin kaliumla zəngin qidaları istehlak etməsinin vacib olduğunu bildiriblər.
Kalium ürək, böyrəklər, sinirlər və əzələlərin fəaliyyətində aktiv rol oynayır.
Mütəxəssislər böyrək sağlamlığını qoruyan kalium vitamini ilə zəngin olan qidaları aşağıdakı kimi sıralayıb:
1. Dəniz məhsulları (skumbriya, tuna, halibut, qızılbalıq və s.)
2. Avokado
3. Paxlalılar
4. Təbii şirələr (portağal suyu, nar şirəsi və s.)
5. Meyvələr (banan, qovun, xurma, nektarin, qurudulmuş şaftalı, ərik, gavalı, kişmiş və s.)
6. Kartof
7. Pomidor
8. Süd
9. Göyərti
Orqanik.az