Böyrək daşı xəstəliyindən 45% qoruyan UCUZ MEYVƏ

Amerika Nefroloqlar Cəmiyyəti mütəxəssislərinin fikrinə görə, adi alma böyrəklər üçün “meqa-faydalı” məhsuldur.

Alimlərin müşahidələrinə görə, tez-tez alma yeyən insanlarda böyrək daşı xəstəliyinə bu meyvəni xoşlamayan və nadir hallarda yeyən insanlarla müqayisədə 45% daha az rast gəlinir.

Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislərin fikrinə görə, bunun səbəbi almanın tərkibində çoxlu miqdarda olan pektindir. Pektinin bir çox faydalı xüsusiyyətləri var: qanda şəkər və xolesterinin səviyyəsini aşağı salır, bağırsağın sağlamlığını qoruyur, piylənmənin riskini azaldır.

Mütəxəssislər hər gün 1-2 alma yeməyi tövsiyə edirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.