Orqanik.az sizə tanınmış jurnalist, tədqiqatçı, sağlam qidalanma və həyat tərzi, məşhur Nişi sisteminin təbliğatçısı, onlarla kitabların müəllifi Maya Qoqulanın (Майя Гогулан) sağlamlıq reseptlərindən birini təqdim edir.
Bu reseptin köməyi ilə böyrəkləri duz və kiçik daşlardan təmizləmək, iltihabı azltmaq, böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq mümkündür.
Dəmləmə istənilən böyrək daşı növü (fosfat, urat və s.) zamanı istifadə oluna bilər.
3 x.q. olmaqla qurudulmuş ayıqulağı, 2 x.q. qatırquyruğu otlarından, 2 x.q. şüyüd toxumu və 3 x.q. kök toxumu götürülür və qarışdırılır. Axşamdan qarışıqdan 1 x.q. götürüb termosda yarım l qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün, gündə 3 dəfə dəmləmənin 1/3 hissəsi olmaqla yeməkdən yarım saat əvvəl için.
Müalicə kursu – 10 gün.
Belə müalicə kurslarını ildə 2 dəfə etmək olar.
Əgər sizdə hər hansı xroniki xəstəlik və ya pozulma varsa, bu reseptdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.
Orqanik.az